Paşa İnşaat” şirkətinin Ağ Şəhərin Park rayonunda inşa edilmiş, zövqlü dizaynı ilə fərqlənən “Baku Knightsbridge” layihəsində şirkətimiz 27 ədəd lift quraşdırma işini 30 Yanvar 2021-ci ildə uğurla tamamladı. Bu işimiz sözün əsl mənasında Ağ şəhərin incisi adlandırıla biləcək layihədə aparıldığından bütün komanda üçün çox önəm daşıyırdı.
Layihə yerləşən Bakı Ağ Şəhər müasir dünyanın ən böyük ekoloji bərpa layihələrindən biridir və keçmiş sənaye sahəsi üzərində inşa edilir. Bakı Ağ Şəhərdə əksər rayonların Baş Planı dünyaca məşhur memarlıq şirkəti olan “ATKİNS” tərəfindən tərtib edilmişdir.