IKMA haqqında

2005-ci ildə Azərbaycanda əsası qoyulan “İKMA” şirkəti şaquli nəqliyyat vasitələri – lift və eskalatorların təchizatı, quraşdırılması və bu avadanlıqlara texniki xidmətin göstərilməsi ilə məşğuldur.

Şirkət Finlandiyanın dünyaca məşhur olan “KONE Elevators” şirkətinin Azərbaycanda və Gürcüstanda rəsmi distributorudur.

Biz fəaliyyət göstərdiyimiz illər ərzində ölkəmizin ən önəmli layihələrinin tenderlərində qalib olub, xalqımıza və müştərilərimizə keyfiyyətli xidmət göstərmişik.

Şirkətimizin dayaq sütunları təcrübəli işçilərimizdir. Beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət, çevik koordinasiya olunan, təcrübəli komandamız kompleks layihələrin öhdəsindən uğurla gəlir, fəaliyyətimizin hər bir mərhələsində – satış, layihələndirmə, quraşdırma, quraşdırma sonrası texniki xidmət zamanı bizim üçün ən vacib üç prinsipi – təhlükəsiz iş, keyfiyyətli iş və müştəri məmnuniyyətini rəhbər tuturlar.

Nəticələr

Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda bir çox ilklərə imza atan “İKMA” şirkəti innovativ həlllərə üstünlük verir. Şirkət uğurlu fəaliyyəti sayəsində Azərbaycan inşaat bazarında peşəkar nüfuz qazanıb. Hazırda “İKMA” Azərbaycan lift və eskalator bazarında liderlərdən biridir. Şirkət effektiv fəaliyyətinə görə nəinki yerli müsabiqələrlə qalib olub, hətta “KONE” şirkəti tərəfindən bir neçə dəfə mükafatlandırılıb.

400+

Layihə

1000+

Quraşdırılmış Lift və Escalator

700+

Xidmət göstərilən avadanlıq

200

Professional işçi

Missiyamız və dəyərlərimiz

Biz binaları yaşamaq və işləmək üçün rahat vəziyyətə gətirərək şəhər həyatını daha da keyfiyyətli edirik. Bizim bina daxilində hərəkət üçün nəzərdə tutulmuş kompleks həllərimizə, liftlər və eskalatorlar, həmçinin avtomatik giriş sistemləri, giriş idarəetmə sistemləri, məlumatlandırma və daxili naviqasiya daxildir.

Missiyamız və dəyərlərimiz
safety-icon

Təhlükəsizlik

15 illik dinamik inkişaf yolu keçmiş “İKMA” şirkətinin əsas dəyəri həmişə - onun işçiləri və onların iş zamanı salamatlığıdır.

durustluk-icon

Dürüstlük

Biz həm öz aramızda, həm də tərəfdaşlarımla dürüst davranırıq. Düşündüyümüz, dediyimiz və etdiyimiz heç vaxt bir-biri ilə ziddiyyət təşkil etmir.

icon-3

Müştəri məmnuniyyəti

Bizim üçün uzunmüddətli uğurun düsturu tərəfdaşlarımızın məmnuniyyətidir. Bu məmnuniyyətə nail olmaq üçün işgüzar münasibətimizi qarşılıqlı səmərə, iman və hörmət üzərində qururuq.

icon-4

Məsuliyyət

İnşa etdiyimiz konstruksiyaların keyfiyyətindən ölçüyəgəlməz dəyəri olan insan həyatının təhlükəsizliyi və keyfiyyəti birbaşa asılıdır. Biz bu böyük məsuliyyəti tam şəkildə dərk edirik.

icon-5

Keyfiyyət

Miqyasından asılı olmayaraq gördüyümüz hər bir işdə bacardığımızın ən yaxşısını etmək üçün vaxtımızı, insan və maddi resurslarımızı əsla əsirgəmirik.

icon-6

İnnovativlik

Fəaliyyətimizin hər bir sahəsinə yaradıcı yanaşırıq və hər zaman innovativ həllərin tapılması üçün əlimizdən gələni edirik.

Tariximiz

2020

Port Baku Towers 2 layihəsi çərçivəsində ilk dəfə olaraq saniyədə 6 metr hərəkət edən liftlərin quraşdırılmasına dair “Paşa İnşaat” şirkəti ilə müqavilə imzalanıb.

2019

Regionda ilk dəfə dənizdə tikilən binada – Crescent Development layihəsində liftlərin quraşdırılması şirkətimizə həvalə olunub.

2019

Şirkətimiz “KONE Elevators” tərəfindən əməyin təhlükəsizliyini yüksək səviyyədə təşkil etdiyi üçün “KONE Safety Award” Sertifikatı ilə təltif edilib.

2019

Şirkətimiz “KONE Elevators” tərəfindən “İlin Distributor Şirkəti” Sertifikatı ilə təltif edilib.

2019

Şirkətimiz Azerbaycan-Almaniya Ticarət Palatasına üzv seçilib.

2018

Şirkətimiz “KONE Elevators” tərəfindən “İlin Distributor Şirkəti” Sertifikatı ilə təltif edilib.

2014

Çinar Plaza-da ilk dəfə olaraq istifadəçi axınını effektiv tənzimləyən “Touch screen DOP” quraşdılıb.

2011

Gürcüstan bazarına daxil olmuşuq.

2010

Hilton Otelində ilk olaraq innovativ KONE Destination Control System- çağırış sistemi quraşdırıldı.

2010

Saniyədə 4 metr hərəkət edən ilk liftimiz SOFAZ layihəsində quraşdırılıb.

2010

Regionda ilk dəfə olaraq liftin hərəkət komfortunu ölçən “KONE DT™” cihazı tətbiq edilib.

2009

100-cü avadanlıq quraşdırılıb.

2009

Avtomatik qapıların satışına başlanılıb.

2009

“İKMA Services” “Business Time Magazine” jurnalının“Azeri Business Award” biznes mükafatına layiq görülüb.

2008

“İKMA Services” “Business Time Magazine” jurnalı tərəfindən “İlin Şirkəti” biznes mükafatına layiq görülüb.

2007

Regionda ilk dəfə “Scaffoldless™” (ayaqaltısız) texnologiyalı lift Bridge Plaza layihəsində quraşdırılıb.

2006

“KONE Elevators” Finlandiya şirkətinin Azərbaycanda distributorluğu əldə edilib.

2006

Caspian Plazada ilk “Machine Roomless™” (maşın otaqsız) texnologiyalı liftimiz quraşdırılıb.

2006

Şirkət tərəfindən ilk avadanlıq – “KONE” markalı eskalator quraşdırılıb.

2005

Mühəndislik və tikinti xidmətləri göstərmək məqsədilə Azərbaycan Respublikası Politexnik İnstitutu və Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının məzunu Şamil Kərimov tərəfindən şirkətin əsası qoyulub.