Ağ Şəhərdə yeni layihəmizə start verdik

Unikal memarlıq üslubu ilə yanaşı həm də regionun ən böyük ekoloji layihəsi hesab olunan Bakı Ağ Şəhərdə yeni bir yaşayış kompleksində də KONE liftləri sakinlərə xidmət göstərəcək. 4 binadan ibarət "Baku City Residence Xətai" Xəzər dənizinə 10 dəqiqəlik piyada məsafəsində yerləşən və sakinlərinə şəhər həyatının bir çox komfortunu təklif edən premium layihədir. Bu komfortun ayrılmaz tərkib hissəsi yaşayış kompleksində quraşdırılacaq 24 ədəd KONE N Minispace liftləri olacaq. Yaşayış kompleksləri üçün kifayət qədər yüksək sürət hesab olunan saniyədə 2 metr (2 m/san) sürətlə hərəkət edən bu liftlər səssiz və komfortu olması ilə ölkəmizin və dünyanın lift sektorunda fərqlənir. Montaj komandamız bu həftə artıq liftlərin quraşdırılmasına başlamışdır.

ag-sheher-layihe
ag-sheher-layihe
ag-sheher-layihe
ag-sheher-layihe