Avtomatik qapılar-cover

Avtomatik qapılar

İlk təəssürat yaratmaq üçün heç vaxt ikinci bir şans əldə etməyəcəksiniz.

Avtomatik qapı, ofis, ticarət və biznes mərkəzləri, idman zalları, inzibati və ictimai binalarda təchiz edilmək üçün optimaldır. Bəzi obyektlərdə, avtomatik qapı arakəsmə kimi də istifadə edilə bilər. Siqnal aldıqdan sonra elektron ötürücü ilə açılan və bağlanan avtomatik qapının işləmə prinsipi olduqca sadədir. Avtomatik qapının işə düşməsi avtomatik hərəkət sensorları, kart, rəqəmsal kod, taymer, barmaq izi, təcili çıxış düyməsi və s. kimi ötürücülərin işə düşməsi ilə baş verir. Bu ötürücülər məntiqindən asılı olaraq avtomatik qapının həm bağlanması, həm də açılması barədə siqnal verə bilərlər. Həmçinin, kontaktsız olduğuna görə, avtomatik qapı günümüzün gigiyenik tələbatlarına uyğundur.

Avtomatik qapının mövcudluğu binaya giriş-çıxışı nəzarətdə saxlamaq və iş rejiminə görə uyğunlaşdırmaq və təhlükəsizliyi təmin etmək üçün əla vasitədir. Tələbləri nəzərə alaraq hazırlıqların görülməsi və bina/obyekt tipinə uyğun olan avtomatik qapının seçilməsi qapıların uzun müddət xidmət etməsi üçün vacibdir.

Avtomatik qapı həyatı rahatladan, zamana qənaət edən innovativ həllərdəndir. Həmçinin, bir çox növü olan avtomatik qapı artıq hər addımda qarşımıza çıxan, öyrəşdiyimiz və üstünlük verdiyimiz seçimlərdəndir.

Qapılar hər hansı bir binanın ilk təəssüratını verir və həll yollarımızla bu təəssürat həmişə müsbətdir. Binanız üçün, tələbatınıza uyğun olaraq, təklif edilən hər bir piyada və sənaye qapıları insanların və malların rahat, səmərəli və təhlükəsiz axışını təmin edir.