Bakı Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir və ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsi üzərində inşa edilir. Bakı Ağ Şəhərdə əksər rayonların Baş Planı dünyaca məşhur memarlıq şirkəti olan “ATKİNS” tərəfindən tərtib edilmişdir.
“İKMA Servises” gələcəkdə 280 000 sakinin yaşayacağı Bakı Ağ Şəhərdə 5 layihədə işləri tamamlayıb və hazırda layihələndirilən və gələcəkdə tikiləcək komplekslərdə də iştirak etmək əzmindədir.
“Paşa İnşaat” şirkətinin Ağ Şəhərin Park rayonunda yerləşən, unikallığı ilə fərqlənən “Baku Knightsbridge” layihəsində “İKMA Servises” tərəfindən 27 ədəd avadanlıq quraşdırılıb. Layihəni sözün əsl mənasında Ağ şəhərin incisi adlandırmaq olar.