Mərkəzin 2007-ci ildə inşasına başlanılmış binası 2012-ci il mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının əsas rəmzlərindən biridir. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, “Pritzker” memarlıq mükafatına layiq görülmüş Zaha Hadiddir.
“İKMA Services” tərəfindən bu özəl layihə çərçivəsində VİP liftlər quraşdırılıb. Layihənin icrası zamanı mütəxəssislərimiz qarşısında qoyulan ən önəmli vəzifə operativlik olub. Şirkət olaraq qarşımıza qoyulan tələbin öhdəsindən uğurla gəlib tikinti sektorunda öz nüfuzumuzu daha da möhkəmləndirdik. Bu layihəni şirkətimizin inkişafında yeni mərhələyə keçid kimi qiymətləndiririk. Belə ki, layihədən sonra şirkətimiz qarşısında tamamilə yeni perspektivlər açıldı.