Çinar Plaza Biznes Mərkəzi

Azərbaycan daşınmaz əmlak bazarında önəmli operator olan “PMD”nin idarəçiliyində olan 34 mərtəbəli Çinar Plazada sözün əsl mənasında Bakının ən gözəl dizaynlı interyeri olan liftlər quraşdırılıb.

Bu layihədə “İKMA Services” ilk dəfə olaraq istifadəçi axınını effektiv tənzimləyən “Touch screen DOP” sistemini quraşdırıb. 2020-ci ilin dekabr ayında tamamlanan bu layihə üçün ümumilikdə 9 ədəd avadanlıq quraşdırılıb. Çinar Plaza təcrübəmizdə təhvil verdiyimiz ən hündür mərtəbəli layihədir.

Növbəti layihə

Knightsbridge – Bakı Ağ Şəhər Layihəsi