lift-qurasdirilmasi-cover

Liftlərin quraşdırılması və eskalatorların quraşdırılması

Lift quraşdırılması ilə məşğul olan İKMA şirkəti "KONE Elevators" şirkətinin Azərbaycanda və Gürcüstanda rəsmi distributorudur.

Kone liftləri ekoloji cəhətdən hansı xüsusiyyətləri ilə fərqlənir?

Maqnit induksiya mühərriki ilə işləyən KONE liftləri ənənəvi liftlərlə müqayisədə 40 %-ə qədər daha az elektrik enerjisi istifadə edir ki, bu həm ekeloji cəhətdən böyük üstünlükdür, həm də bina idarəçisi üçün daha az xərc deməkdir. Digər tərəfdən liftlərimizin quraşdırılması zamanı ayaqaltılardan istifadə olunmur və bu da taxta materialların və beləliklə də ağacların qorunmasına gətirib çıxarır.

Lift satışı sahəsində olan böyük təcrübəmizdən yola çıxaraq indiyə kimi KONE brendinə aid keyfiyyətli məhsulların müştərilərə çatdırılmasını təmin etmişik. Lift və eskalator quraşdırılması servisimiz müvafiq olaraq həmin məhsulları yeni tikililərdə, aşağı və orta mərtəbəli binalardan tutmuş hündür göydələnlərdə, ticarət mərkəzlərində uyğun standartları qorumaqla quraşdırmağa nail olmuşdur. Lift quraşdırılması zamanı öncəliyimiz standartları qorumaq və mövcud ola biləcək insan axınına qarşı planlamanı həyata keçirməkdir. Lift və eskovator quraşdırılması zamanı qeyd olunan standartlara təcrübəli komandamız tərəfindən riayət olunur və bu icraat müştəriylə ən son detallarına qədər paylaşılır.“IKMA Services” şirkətinin təcrübəli mühəndisləri hər zaman memar və konstruktorlara bina və qurğuların layihələndirmə mərhələsində trafikin analizi, şaquli nəqliyyatın (lift və eskalatorlar) cizgilərinin, lazım olan elektrotexniki tələblərə dair bütün texniki spesifikasiyaların və quraşdırılma sxeminin hazırlanması zamanı təmənnasız konsultasiya xidməti göstərir. Bura həm də tikiləcək binada istifadəçi sayı, pik saatlarda yüklənmə və s. parametrləri nəzərə alaraq daha düzgün ehtimalların proqnozlaşdırılması da daxildir.

Liftlərin quraşdırdığımız layihələrimizlə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz. Lift quraşdırıldıqdan sonra liftlərə texniki xidmət komandamız tərəfindən həyata keçirilir. Əgər liftləriniz çoxdan qurulub, yenidən təmir və bərpa işlərinə ehtiyac varsa liftlərin təmir və yenilənməsi xidmətimizdən yararlana bilərsiniz.

Bina layihələndirmə mərhələsində insan axınının planlaması - “Trafic Analiz”

Layihələndirilən binanın gələcək sakin və ya istifadəçilərinin sayına, hərəkət marşrutuna, ehtimal olunan davranışına, pik saatlarında yüklənmə dərəcəsinə uyğun məhsulun seçilməsi üçün xüsusi hesablamalar, vizualizasiya, memarlar və tikintiyə cavabdeh mütəxəssislər ilə müzakirələr və məsləhətlərin verilməsi, enerji sərfiyyatı üzrə hesablamalar

  • “KONE Elevator Toolbox” proqram təminatının tətbiqi
  • Liftin kompyuter-əsaslı dizaynı (CAD cizgiləri), 3-ölçükü Bina Məlumat Modeli (3D BİM) və spesifikasiyası üzrə məsləhətlərin verilməsi

Liftin interyer dizaynının seçimi

  • “KONE Design” kolleksiyasından seçim imkanı
  • “KONE Car Design Tool” özəl interyer tərtibatı proqramının tətbiqi
  • “KONE” material nümunələrinə əyani olaraq baxmaq və seçim etmək imkanı