İkma əməkdaşları KONE tərəfindən növbəti təlimə qatılıb

Sentyabrın ikinci həftəsində KONE Yaxın Şərq ofisindən biznesin inkişafı üzrə menecer və MDB ölkələri üzrə nümayəndənin Azərbaycana işgüzar səfəri olmuşdur. İkma şirkətinin heyəti ilə görüşən mütəxəssislər lift sektorunun inkişafı, sektordakı yeniliklər və KONE şirkətinin verə biləcəyi dəstəklə bağlı müzakirələr aparmışlar. Görüşdəki müzakirələrin ilkin nəticəsi olaraq sentyabrın 21-də İkma əməkdaşları KONE Yaxın Şərq ofisinin təşkil etdiyi onlayn təlimə qatıldılar. Təlimdə İkmanın mühəndis heyəti liftlərin dizaynı, tələb olunan texniki xüsusiyyətlərə uyğun dəyişiklik və yeniləmələrin olunması üzrə praktiki bilgilərini daha da artırmaq imkanı əldə etdi. Qeyd edək ki, şirkətimizin mühəndis və texniki heyəti illərdir ki, ən kompleks və böyük tikinti layihələrinin istər layihələndirmə-eskiz, istərsə də quraşdırma-montaj işlərini uğurla həyata keçirirməkdədir və ölkənin lift sektorunda tərəfdaşlar arasında müsbət imicə sahibdir.

kone-office
kone-office